Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir

14:47 16.06.2026 1
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Azərbaycan dövlətinin xarici siyasət tarixində mühüm mərhələ kimi qiymətləndirilir.
Sənəd eyni zamanda iqtisadi və strateji nəqliyyat layihələrinin inkişafına geniş imkanlar açır. Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri nəticəsində enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi təmin olunur. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, regionun qlobal logistika sistemində rolunu da yüksəldir.Beynəlxalq münasibətlər sistemində Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirərək onların qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir. İki ölkənin beynəlxalq platformalarda birgə çıxış etməsi diplomatik təsir imkanlarını genişləndirir və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun möhkəmlənməsində və regional əməkdaşlıq sisteminin inkişafında strateji əhəmiyyətə malik sənəd kimi çıxış edir.
Oxşar xəbərlər