İşğaldan azad olunmuş ərazilərin bərpası

14:47 16.06.2026 3
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri xüsusi əhəmiyyətə malikdir. Müasir texnologiyaların tətbiq olunduğu bu layihələr regionun innovativ inkişaf modelinə çevrilməsinə xidmət edir. Türkiyə ilə əməkdaşlıq çərçivəsində əldə olunan təcrübə və texnoloji imkanlar həmin layihələrin daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır. Bununla yanaşı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında enerji təhlükəsizliyinin təmin olunması da prioritet istiqamətlərdən biridir. Bu ərazilərdə “yaşıl enerji” zonalarının yaradılması, günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi regionun dayanıqlı inkişafına xidmət edir. Şuşa Bəyannaməsində nəzərdə tutulan iqtisadi əməkdaşlıq bu sahədə də yeni imkanlar açır və enerji sektorunda tərəfdaşlığın genişlənməsinə şərait yaradır.
Oxşar xəbərlər