Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır

14:46 16.06.2026 2
Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin dünyaya təqdimatı olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il keçir. 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşanın şahidliyi ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki dost, qardaş ölkənin münasibətlərində deyil, ümumilikdə regionun gələcək inkişafında əhəmiyyətli rol oynayacaq mühüm sənəd kimi dəyərləndirildi. Zəngin tarixə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri bütün dövrlərdə uğurla inkişaf edir. Azərbaycan və Türkiyə prezidentlərinin 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsini imzaladıqdan sonra mətbuata birgə bəyanatlarında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib.
Oxşar xəbərlər