“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

12:28 3.06.2026 2
“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsində dünyanın müxtəlif ölkələrindən enerji şirkətlərinin rəhbərləri, hökumət nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Forum çərçivəsində enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələrinin inkişafı, enerji keçidi və regional əməkdaşlığın gücləndirilməsi kimi aktual məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev çıxışında tədbirə ünvanlanan müraciətlərə görə minnətdarlığını ifadə edərək bildirib: “Mən nəzakətli məktubuna görə Prezident Trampa dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, Bakı Enerji Həftəsinə müraciət göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə də təşəkkür edirəm”.
Dövlət başçısı əlavə edib: “Enerji məsələlərinə münasibətin daha balanslı və praqmatik məcraya yönəldilməsi baxımından Prezident Trampın mövqeyini xüsusi qeyd etmək istərdim. Uzun illər ərzində neft və qaz hasil edən ölkələr və şirkətlər əsassız ittihamlarla üzləşmiş, bəzən isə qarayaxma kampaniyalarının hədəfinə çevrilmişdilər. Onlar qlobal ekoloji problemlərin əsas səbəbkarı kimi təqdim olunur, kifayət qədər əsaslandırılmamış tənqidlərə məruz qalır və ictimai rəydə mənfi obrazda göstərilirdilər.”
Oxşar xəbərlər