TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi

12:44 2.06.2026 2
Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri təyin olunub.

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin keçmiş rəhbəri Zamirə Ədilova olub. Bir müddətdir ki, onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.
Oxşar xəbərlər