Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir

13:40 22.05.2026 13
Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir



Azərbaycan zəngin tarixi və mədəni irsi ilə şəhərsalma və memarlıq sahəsində unikal tikililər ölkəsidir. Coğrafiyamızın müxtəlif bölgələrində qədim dövrlərdən qalma memarlıq nümunələri ilə birlikdə müasir dövrdə inşa edilmiş tikililər bir araya gələrək həm estetik, həm də funksional cəhətdən şəhər mühitinin inkişafına töhfə verir.
Bu gün Azərbaycanın şəhərlərinə baxarkən keçmişlə gələcəyin bir nöqtədə qovuşduğunu görmək mümkündür.
Memarlığa gəlincə, bu gün Azərbaycanın müxtəlif bölgələrində dövlət tərəfindən mühafizə edilən çoxsaylı abidələr mövcuddur.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələrimiz Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya miqyasında tanındığını göstərir. Qədim və Orta əsr şəhər mədəniyyətini yaşadan İçərişəhər və Şirvanşahlar sarayı kompleksi bu irsin əsas nümunələrindəndir. Əsrlərə sinə gərmiş Qız qalası indi də əzəmətini qoruyur. Şəkinin tarixi mərkəzi və Xan sarayı isə milli memarlıq zövqünün nadir örnəkləri kimi diqqət çəkir. Bu abidələr Azərbaycan memarlığının dünya inciləri sırasında layiqli yer tutur.
Azərbaycan şəhərləri qlobal şəhərsalma modellərindən bəhrələnsə də, öz tarixi, mədəni və coğrafi xüsusiyyətlərini qoruyaraq inkişaf yolunu davam etdirir. Məhz bu inkişafın ardıcıl və sistemli şəkildə davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bu, təbii ki, xüsusi əhəmiyyət daşıyır və şəhər mühitinin daha planlı qurulmasına, memarlıq irsinin qorunmasına əlavə imkanlar açacaq, daha geniş şərait yaradacaq.
Oxşar xəbərlər