“Vətən uğrunda canından keçən igid: Şəhid Natiq Mirzəliyevin unudulmaz həyat yolu”

10:48 25.10.2025 372
“Vətən uğrunda canından keçən igid: Şəhid Natiq Mirzəliyevin unudulmaz həyat yolu”


Şəhidimiz Natiq Mirzəliyev 1971-ci il yanvarın 3-də Ağsu rayonunun Bozavand kəndində doğulub. 1978-ci ildə Ağarx kənd tam orta məktəbinin birinci sinfinə gedib, 1988-ci ildə həmin orta məktəbi bitirib. Bir il sonra keçmiş Sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb və 1991-ci ildə Ukraynada xidməti başa vuraraq vətənə qayıdıb. 1990-cı illərdə ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanda gərgin vəziyyət yaranmışdı. Bu səbəbdən də 1992-ci ildə Natiq könüllü olaraq cəbhəyə yollanır, Ağdərə batalyonunun tərkibində döyüşə qatılır. Canyataq, Çıldıran və digər kəndlər uğrunda gedən döyüşlərdə özünü igid bir döyüşçü kimi tanıdır. 1992-ci ilin oktyabrın 27-də Natiq Mirzəliyev Ağdamın Quzanlı kəndi uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Allah rəhmət etsin!
Oxşar xəbərlər