Şamaxı Dövlət Regional Kollecinin məzunu – təhsildən uğurlu karyeraya

10:52 14.09.2026 125
Şamaxı Dövlət Regional Kollecinin məzunu – təhsildən uğurlu karyeraya


Ağasədli Məqatil Məzahir oğlu — Şamaxı Dövlət Regional Kollecinin məzunlarından biridir.
O, 2015–2017-ci illərdə kollecin “Vergi və vergitutma əməliyyatçısı” ixtisasında təhsil alıb. 2019-cu ildə isə təhsilini Azərbaycan Universitetində “Biznes və iqtisadiyyat” ixtisası üzrə davam etdirib.
Əmək fəaliyyətinə 2019-cu ildə Dövlət Sığorta Şirkətinin Ağsu rayonunda baş mühasib vəzifəsində başlayan Məqatil bəy 2021-ci ildə Ağsu şəhəri İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyində mühasib, 2023-cü ildən isə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu rayon Təhsil Sektorunda mühasib vəzifəsində fəaliyyət göstərir.
Təhsil aldığı illərdə qazandığı bilik və bacarıqları peşəkar fəaliyyətində uğurla tətbiq edən məzunumuzun timsalında kollecdən məzun olan gənclərin öz sahələrində uğurlu karyera qurması bizim üçün qürurvericidir.
Şamaxı Dövlət Regional Kollecinin məzunu olan Ağasədli Məqatil Məzahir oğluna gələcək fəaliyyətində uğurlar arzulayır, qazandığı nailiyyətlərlə qürur duyuruq!
Oxşar xəbərlər