Qurban Bayramınız Mübarək, Dəyərli Həmkarlarım!

11:52 6.06.2025 64
Əziz Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektiv üzvləri!

Sizi Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bu müqəddəs bayramın ruhu olan mərhəmət, paylaşmaq və bir-birinə dayaq olmaq hissləri hər birimizin həyatında daim var olsun. Əməksevərliyiniz, fədakar xidmətiniz və insanlara göstərdiyiniz qayğı üçün hər birinizə təşəkkür edir, ailənizlə birgə bu bayramı xoş ovqatla, sağlamlıq və firavanlıq içində qeyd etməyinizi arzu edirəm.

Qurban Bayramınız mübarək olsun!


Hörmətlə,
Gülnarə Muxtarova
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru
Oxşar xəbərlər