Samir Abdullayev: Ədalət zəfər çaldı

11:36 20.09.2024 24
Samir Abdullayev: Ədalət zəfər çaldı


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Bərdə şəhəri 14 saylı köçkün orta Dördyol-1 qəsəbəsi Samir Abdullayevdir.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Samir Abdullayev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Bərdə şəhəri 14 saylı köçkün orta Dördyol-1 qəsəbəsi Samir Abdullayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Bərdə şəhəri 14 saylı köçkün orta Dördyol-1 qəsəbəsi Samir Abdullayev - 30 il ərzində beynəlxalq təşkilatlar, supergüclər Azərbaycanın torpaqlarının 20 faizinin düşmən tapdagında, işgal altında qalmasına göz yumdu. Erməni vandalizmi dünyanın az qala yarısı tərəfindən gizli və aşkar şəkildə dəstəklənirdi. Həmin dövrdə BMT-nin Baş Assambleyasının qətnamələri kagız üzərində qaldı.

ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq illər boyu Qarabağ probleminin həlli ilə bağlı heç bir səy göstəmədi. Nəhayət, 44 günlük Vətən müharibəsində nəticəsində Azərbaycan Ordusu haqq-ədaləti bərqərar etdi. Düşmənin başı əzildi, ermənipərəst qüvvələr gördülər ki, Azərbaycanın iradəsi qarşısında acizdirlər. Üçtərəfli Bəyanatın bəzi müddəalarına zaman keçdikcə əməl etməyən Ermənistanın silahlı birləşmələri Qarabağ ərazisində hələ də təxribat törətməklə məşğul idilər.

2023-cü il sentyabrın 19-20-də şanlı ordumuzun həyata keçirdiyi lokal antiterror əməliyyatları ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Müzəffər Ali Baş Komandan xalqa müraciət edərək bildirdi ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərmişlər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.

Bu gün tam qətiyyətlə deyə bilərik ki, dogma torpaqlarımızda erməni separatizminin kökü birdəfəlik kəsilib. Bu Zəfər Vətən naminə əzmkarlığın, prinsipiallığın və qətiyyətin dünyaya nümunəsidir. Deməli, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələrin fəthinə doğru yol almışıq.

Dövlətimizin başçısı sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə deyib: “Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”.

Xalqımız 100 illər keçsə belə, bu tarixi unutmayacaq. Daha da güclənmiş Azərbaycan dövlətinin vətəndaşları bu tarixi hadisəni uzun illər qeyd edəcəklər. Azərbaycanın Dövlət suverenliyi, dönməzdir, əbədidir!
Oxşar xəbərlər