Dilarə Abdullayeva: Lokal antiterror tədbirləri tarixi missiyadır

xebercimedia.az olaraq, Bərdə Rayon H.Məmmədov adına Göyüşlü kənd tam orta məktəbinin direktoru Dilarə Abdullayeva Hər birinizi 16 Sentyabr Bilik Günü, yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Əziz müəllimlər, bu müqəddəs missiyanızda hər birinizə bol uğurlar arzulayıram!
Yeni dərs iliniz mübarək olsun! “İnanıram ki, təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”
Bərdə Rayon H.Məmmədov adına Göyüşlü kənd tam orta məktəbinin direktoru Dilarə Abdullayeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dilarə Abdullayevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dilarə Abdullayeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bərdə Rayon H.Məmmədov adına Göyüşlü kənd tam orta məktəbinin direktoru Dilarə Abdullayevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Bərdə Rayon H.Məmmədov adına Göyüşlü kənd tam orta məktəbinin direktoru Dilarə Abdullayeva Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Dilarə Abdullayeva - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Bərdə Rayon H.Məmmədov adına Göyüşlü kənd tam orta məktəbinin direktoru Dilarə Abdullayeva - Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bir sıra tarixi Zəfərlərə imza atıb. 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan Azərbaycana qaytarıldı.
Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf danışıqlardan boyun qaçırır, ölkəmizin suveren ərazilərində silahlı təxribatlar törədirdilər. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşma baş verdi. 2022-ci ilin sentyabr ayında isə müharibədən sonra ən qanlı toqquşma oldu. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri və buradakı separatçılara məxsus qanunsuz hərbi dəstələr Şuşa istiqamətində hərbi təxribatlar törətdilər.
2020-ci il 10 noyabr üçtərəfli Bəyanata əsasən Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarmalı, separatçılara məxsus silahlı dəstələr tərk-silah olunmalı idi. Lakin Ermənistan buna əməl etmirdi, əksinə Qarabağdakı hərbi birləşmələrini silahlandırır, zirehli texnikalarla təchiz edirdi. Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və onun xaricdəki havadarlarına müraciət edərək ermənilərin qanunsuz əməllərinə son qoyulmasını tələb edirdi. Ermənistan və Qarabağdakı separatçılar silahlı təxribatlar törətməklə yanaşı, Qarabağdakı təbii sərvətlərimizi də qanunsuz olaraq talayırdılar. 2023-cü ilin aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir.
Dövlətimizin başçısı azərbaycanlılarla ermənilərin birgə yaşayışının təmin ediləcəyi barədə humanitar təklif irəli sürmüş, ikitərəfli danışıqların münasibətlərin normallaşmasına böyük töhfə verə biləcəyini vurğulamışdı. Lakin Ermənistan və Qarabağdakı separatçılar bu təklifi düzgün qiymətləndirmədilər. Qarabağda separatçılar özlərinin oyuncaq “prezident”ini seçdilər, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar səsləndirdilər.
2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı dəstələri Azərbaycanın Qarabağ bölgəsində bir sıra geniş miqyaslı hərbi təxribatlar törətdilər. Təxribatlar nəticəsində azərbaycanlı mülki şəxslər və hərbi qulluqçular şəhid oldular və yaralandılar. Bütün bu təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olunması üçün ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 19-da başlayan və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində ermənilər ağ bayraq qaldırdılar və təslim oldular. Azərbaycan Ordusu ermənilərin bütün hərbi istehkamlarını, texnikalarını təmamilə məhv etdi. Antiterror tədbirləri zamanı qəhrəman ordumuz böyük peşəkarlıq nümayiş etdirdi. Heç bir erməni sakininə və mülki obyektlərə zərər yetirilmədi.
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şaxramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə Qarabağda separatizmin kökü kəsildi və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Hazırda Xocalıda, Xankəndidə və işğaldan azad edilmiş digər rayonlarda Azərbaycan bayrağı qürurla dalğalanır.