Rəcəb Abdullayev: Antiterror tədbirləri regional sülh və sabitliyə töhfə verir

00:36 16.09.2024 23
Rəcəb Abdullayev: Antiterror tədbirləri regional sülh və sabitliyə töhfə verir


Qəbələ Rayon İcra Hakimiyyətinin Bayramkoxalı İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəcəb Abdullayev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Rəcəb Abdullayev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Qəbələ Rayon İcra Hakimiyyətinin Bayramkoxalı İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəcəb Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rəcəb Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rəcəb Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Rəcəb Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Qəbələ Rayon İcra Hakimiyyətinin Bayramkoxalı İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəcəb Abdullayev - Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Qarabağ probleminin həllini prioritet məsələ kimi müəyyənləşdirmiş, həmçinin düşünülmüş xarici siyasət kursu ilə bu hədəfə doğru düzgün ideoloji xətt seçmişdi.

Qətiyyətlə söyləyə bilərik ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində məqsədyönlü siyasətin uğurlu nəticəsi olaraq tarixi Zəfərin sevincini yaşayır. Amma postmüharibə dövründə erməni hərbi birləşmələri heç cür sülh danışıqlarına gəlmək istəmir, reinteqrasiyanı qəbul etmir, mövqelərimizə qarşı açıq təxribatları dayandırmırdı. Bu amillər Qarabağda separatçı rejimə qarşı tədbirlərin görülməsi zərurətini yaradırdı.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayaraq bildirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhlükə törədir. Qeyd olundu ki, Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Hərbi əməliyyatlar başlanan andan separatçı xunta rejiminin tör-töküntülərinin isterika içərisində haray-həşiri başlayıb.

Azərbaycanın Qarabağ iqtisadi rayonunun separatçılardan, terrorçulardan təmizlənməsi prosesi ən qısa zamanda uğurla nəticələndi. Rəşadətli ordumuzun hücumuna duruş gətirə bilməyən qanunsuz erməni silahlı dəstələri diz üstə çökmək məcburiyyətində qaldılar. Antiterror tədbirləri zamanı düşmənin dayaq məntəqələri, rabitə qovşaqları, hərbi texnikası, hava hücumundan müdafiə sistemləri məhv edildi. Bütün bunlar Azərbaycan Ordusunun yüksək hərbi-texniki səviyyəsini, şəxsi heyətin peşəkarlığını bir daha sübut edir. Döyüş təcrübəsi onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində təhlükəsizliklə, o cümlədən hərbi məsələlərlə əlaqədar hər hansı problemi həll etməyə hər zaman qadirdir.

Ermənistan işğal dövründə müxtəlif yollarla Qarabağa əlavə hərbi vasitələr cəlb edərək şəxsi heyətin rotasiyasını həyata keçirirdi, ərazilərimizi minalayaraq çoxsaylı təxribatlar törədirdi və s. Bu faktorlar Azərbaycanın konstitusyon quruluşuna zidd olaraq dövlət suverenliyimizi təhdid edirdi. Şanlı ordumuzun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam təm təmin edildi.
Oxşar xəbərlər