“Lifftəmir” İstehsalat Birliyi tərəfindən Yaşayış binalarında quraşdırılmış liftlər hər zaman vətəndaşların rahatçılığı üçün yüksək səviyyədə işlər görür

23:30 10.09.2024 31
“Lifftəmir” İstehsalat Birliyi tərəfindən Yaşayış binalarında quraşdırılmış liftlər hər zaman vətəndaşların rahatçılığı üçün yüksək səviyyədə işlər görür


Tam səmimiyyətlə demək istəyirik ki, “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Xalid Ələkbərovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovdur.

Vətənpərvər ziyalımız Xalid Ələkbərov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Xalid Ələkbərovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

“Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov - Bakı şəhər İcra Hakimiyyətinin xidmət dairəsində olan dövlət yaşayış fonduna aid binalarında quraşdırılmış liftlərin texniki istismarı bu binaların balans sahibi olan mənzil-kommunal təsərrüfatı təşkilatları, onların texniki xidməti və təmiri isə müqavilə şərtləri əsasında, bu sahədə ixtisaslaşdırılmış “Lifftəmir”İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Yaşayış binalarında quraşdırılmış lift avadanlığı binadaxili mühəndis qurğularına aid edildiyindən, tikinti normalarına uyğun olaraq binanın ümumi balansına daxildir. Bu liftlərin texniki istismarı və xidmətinin təşkili bilavasitə olaraq binanının balans sahibi olan dövlət mənzil istismar təşkilatları tərəfindən təmin edilir. Dövlət və ictimai mənzil fondu evlərindən fərqli olaraq, yüksək mərtəbəli kooperativ binalarda quraşdırılmış liftlər mənzil-tikinti kooperativlərinin (MTK) ümumi mülkiyyətində olduğundan onların texniki xidmətinin təşkili və təmiri bilavasitə olaraq kooperativ üzvlərinin hesabına təmin edilir. Bakı şəhərində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq onların mənzil-kommunal xidmətlərinə olan tələbatının günün tələbləri səviyyəsinə gətirilməsi üçün 1967-ci ildə Bakı şəhərində mövcud olan yüksək mərtəbəlı binalarda quraşdırılmış sərnişin liftlərinin ixtisaslaşdırılmış texniki xidmətinin, cari və əsaslı təmirinin kompleks təşkili üçün, keçmış Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 dekabr 1966-cı il tarixlı, 09/13736 saylı göstərişinə əsasən keçmış Bskı şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin 03.02.1967-ci il 59/2794 saylı qərarı ilə ilk dəfə olraq Bakı şəhərində təsərrüfat hesablı lift sahəsi yaradılmışdır. Mənzil tikintisinin geniş vüsət aldığı bir şəraitdə liftlə təchiz olunmuş yüksək mərtəbəli yaşayış binalarının sayının durmadan artımı və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə tələbatını nəzərə alaraq, binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifttəmir”İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyətinin struktur vahididir.
Oxşar xəbərlər