Kamran Nəbizadə Qazax rayonunda yaşayan və övladları cəbhədə döyüşən imkansız ailələrə, şəhid və qazilərin ailələrinə diqqət göstərərək onların problemləri ilə yaxından maraqlanaraq onlara maddi yardımlar etmişdir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Milli Məclisin deputatı Kamran Nəbizadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Milli Məclisin deputatı Kamran Nəbizadə Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Kamran Nəbizadə Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Milli Məclisin deputatı Kamran Nəbizadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Kamran Nəbizadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Kamran Nəbizadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli Məclisin deputatı Kamran Nəbizadənin biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Milli Məclisin deputatı Kamran Nəbizadə Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Kamran Nəbizadə - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.
1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti “itqisadiyyatçı”, “maliyyə mütəxəssisi” ixtisası ilə bitirib. Daha sonra Türkiyənin “Garanti Bankasında” ezamiyyət keçib.
1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.
1998-ci ildən 2003-cü ilə gədər “LUKoil Marine İnternational” şirkətinin vitse-prezidenti olub.
2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakultəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssis” ixtisası ilə bitirib.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinın sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.
Kamran Nəbizadə Azərbaycanın tanınmış neft mühəndisi 1970-ci ildən 1985-ci ilə qədər Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsinin rəisi işləmiş, əslən Qazax rayonunun İkinci Şıxlı kəndindən olan Telman Nəbiyevin oğludur. Babası Əsəd Nəbiyev 1930-50-ci illərdə Qazağın bir neçə kəndində məktəb direktoru, Böyük Vətən Müharibəsi illərində isə Qazaxın maarif şöbəsinin müdiri vəzifəsində çalışıb.
2015-2020-ci illərdə Qazax rayonu 107 saylı seçki dairəsindən V çağırış Milli Məclisin deputatı olan Kamran Nəbizadə ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi dəfələrlə beynəlxalq tədbirlərdə Azərbaycanın düşmənlərini susdura bilmiş, parlament əlaqələri daxilində Azərbaycanın dost ölkələrlə münasibətlərin daha da dərinləşdirilməsində böyük işlər görmüşdür.
Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Kamran Nəbizadə gənc yaşlarından bir çox məsul vəzifələrdə və işlərdə çalışmışdır. O bir iqtisadçı kimi həmişə Azərbaycanın iqtisadi qüdrətini öz elmi əsərlərində önə çəkərək ölkəmizdə aparılan iqtisadi siyasətə öz müsbət töhfələrini vermişdir. Yüksək iqtisadi savadına, güclü idarəetmə qabiliyyətinə, dərin analitikasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə Kamran Nəbizadə Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru vəzifəsinə təyin olunmuşdur.
Həmçinin Kamran Nəbizadə bir qazaxlı kimi daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə sadiq ləyaqətli və dəyərli insandır.
2020-ci ilin mart ayından başlayaraq Azərbaycanda da tüğyan edən koronavirus pandemiyası zamanı cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına və bu çağırış əsasında “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun Qazax mahalının iş adamlarına, ziyalılara və imkanlı şəxslərə ünvanladığı müraciətinə dəstək olaraq yüzlərlə sosial həssas təbəqədən olan ailələrə yardımlar etmişdir. Həmçinin Azərbaycan xalqının haqq savaşında – 44 günlük Vətən müharibəsi dövründə də Kamran Nəbizadə cəbhəyə, cəbhədə döyüşən əsgər və zabitlərimizə yardımlar edən şəxslərin ön sırasında idi. Bundan başqa o, Qazax rayonunda yaşayan və övladları cəbhədə döyüşən imkansız ailələrə, şəhid və qazilərin ailələrinə də diqqət göstərərək onların problemləri ilə yaxından maraqlanaraq onlara maddi yardımlar etmişdir.
Milli Məclisin deputatı Kamran Nəbizadə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Kamran Nəbizadə bu işin müqəddəsliyini qoruyub saxlayır. Kamran Nəbizadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Kamran Nəbizadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Kamran Nəbizadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Vətənpərvər ziyalımız Kamran Nəbizadə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Milli Məclisin deputatı Kamran Nəbizadə olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Ona etibar edilən bütün işlərdə Milli Məclisin deputatı Kamran Nəbizadə özünü doğruldub. Bizdə hörmətli Kamran Nəbizadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.