Cəmil Əliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir


Milli Onkologiya Mərkəzində görüş keçirilmişdir
ABŞ-ın Çikaqo İllinoys Universitet Xəstəxanasının Plastik rekonstruktiv və estetik cərrahiyyə şöbəsinin rəhbəri, Xəstəxananın Kraniofasial Mərkəzinin direktoru professor Mimis Koen Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevlə görüşmüşdür.
Görüş zamanı akademik Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin fəaliyyəti və tarixi haqqında qonağa geniş məlumat vermişdir. Akademik Cəmil Əliyev Mərkəzin 1500 çarpayılıq klinik bazaya malik, müasir avadanlıqlarla təmin olunmuş ixtisaslaşmış elmi-tədqiqat müəssisəsi olduğunu diqqətə çatdırmışdır.
Professor Mimis Koen tibb sahəsində müstəsna xidmətlərinə görə Azərbaycan Onkoloqlar Cəmiyyətinin Fəxri Üzvü seçilmişdir. Cəmiyyətin sədri akademik Cəmil Əliyev tərəfindən Fəxri üzvülük sertifikatı qonağa təqdim edilmişdir.
Prof. Mimis Koen Çikaqoda öz sahəsi üzrə tanınmış mütəxəssisdir. O, klinik fəaliyyəti ilə yanaşı həm də elmi-tədqiqat işi ilə geniş şəkildə məşğul olur. Professor Mimisin 160-dan çox məqaləsi dərc olunub, bir sıra kitabların redaktorudur, uzun illər Plastik rekonstruktiv cərrahiyyə üzrə bir sıra cəmiyyətin prezidenti kimi fəaliyyət göstərib.
Görüşdən sonra qonaq “Baş-boyun və süd vəzi plastik rekonstruktiv cərrahiyyəsi, süni intelektin və müasir proqramların rekonstruktiv və estetik cərrahiyyədə istifadəsi” mövzusunda çıxış etmişdir, Mərkəzin həkimləri ilə müzakirələr aparmışdır.
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar Elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyevdir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Cəmil Əliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar Elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Cəmil Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Cəmil Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində anadan olmuşdur.
1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1973-cü ildə Bakı şəhərində “onkologiya” ixtisası üzrə “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində “onkologiya” ixtisası üzrə “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə “onkologiya” ixtisası üzrə professor elmi adı almışdır.
Professor C.Ə. Əliyev 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edir. C.Ə. Əliyev süd vəzi, başın yumşaq toxumaları və boyun şişlərinin diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biridir.
C.Ə. Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biridir. C.Ə. Əliyev hal-hazırda da uzun illər ərzində yaratdığı Azərbaycan elmi onkologiya məktəbinə uğurla rəhbərlik edir.
C.Ə. Əliyev 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi altında 8 tibb elmləri doktorluğu və 48 tibb üzrə fəlsəfə doktorluğu müdafiələri uğurla həyata keçmişdir.
C.Ə. Əliyev Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Amerika Birləşmiş Ştatları M.D. Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktoru, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın tərkibinə seçilmişdir.
1980-ci ildə “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N. Petrov adına mükafatına layiq görülmüşdür.
Professor Cəmil Əliyevin adı 1996-cı ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin dünya intellektualları arasında “Kim kimdir?” bioqrafik toplusuna daxil edilmişdir.
Həmin il C.Ə. Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının “Bilik” Maarifçilik Cəmiyyətinin Y. Məmmədəliyev adına mükafatına layiq görülmüşdür.
O, 2000-ci ildə “Əməkdar Elm xadimi” fəxri adına layiq görülmüş, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
2001-ci ildə professor C.Ə. Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
C.Ə. Əliyev akademik M.Topçubaşov adına mükafata (2003), Dağıstan Respublikasının “Əməkdar Elm xadimi” fəxri adına (2011), “Türk dünyasına xidmət” Böyük Qızıl medalına (2015) layiq görülmşdür.
Akademik Cəmil Əliyev 2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının dünyanın ən məşhur cərrahlarına təqdim edilən N. Piroqov ordeninə, “Avropanın fəxri alimi” adına və V. Leybnits medalına, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə akademik M. Mirqasımov adına mükafatına layiq görülmüşdür.
O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə səhiyyə sahəsində xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmişdir.
2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə “Elm və Sülh elçisi” fəxri adına layiq görülmüşdür.
1990-cı ildən Milli Onkologiya Mərkəzinin Baş direktorudur.
Akademik C.Ə. Əliyevin uzun illər ərzində gərgin səyləri nəticəsində bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.
Akademik C.Ə. Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2006-2012-ci illərdə Milli Onkologiya Mərkəzi tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir.
Mərkəzin dünya şöhrətli “Varian Medical Systems”, həmçinin “Orfit Industries” şirkətləri ilə əməkdaşlıq müqavilələri vardır.
Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış Onkoreqistr 2015-ci ildə Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilmişdir.
Akademik C.Ə. Əliyevin ardıcıl və səmərəli fəaliyyəti Milli Onkologiya Mərkəzini beynəlxalq səviyyəyə yüksəlməsinə həlledici şəkildə kömək etmişdir. 2015-ci ildə Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi ilə ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanmışdır. 2018-ci ildə İngiltərənin Liverpul Universitet Hospitalı, Avstriya Tibb Universiteti, Türkiyənin Hacettepe Universiteti, həmçinin Xərçənglə Mübarizə üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutu ilə də Milli Onkologiya Mərkəzi memorandumlar imzalamışdır. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusu verilmişdir.
Hər il Mərkəzdə müxtəlif beynəlxalq və yerli əhəmiyyətli konfranslar keçirilir. Ölkəmizə səfər etmiş yüksək səviyyəli rəsmi şəxslər – Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə xüsusi ticarət nümayəndəsi baronessa Emma Nikolson, Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri senator Alen Uper və başqaları müxtəlif vaxtlarda Mərkəzin qonaqları olmuşlar.
Cəmil Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar Elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.