Seymur İslamov: Böyük siyasətə qayıdış dövrü

11:23 3.09.2024 48
Seymur İslamov: Böyük siyasətə qayıdış dövrü


Bərdə İnternat Tipli Gimnaziyanın direktoru Seymur İslamov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Bərdə İnternat Tipli Gimnaziyanın direktoru Seymur İslamov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Seymur İslamovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Seymur İslamov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bərdə İnternat Tipli Gimnaziyanın direktoru direktoru Seymur İslamova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 2023-2024 - cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin adlı siyahısı.
1.İslamlı Şəbnəm Seymur qızı-Naxçıvan Dövlət Universiteti
IV qrup bal 587
2.Əhmədzadə Müjgan Rahib qızı-Azərbaycan Dillər Universiteti
ııı qrup bal 543
3.Abdullayeva Adilə Abdulla qızı-Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
II qrup bal 503
4.Cəlalzadə Cəlal Vüqar oğlu - Polis Akademiyası
III qrup 503
5. Muradzadə Mübariz Şəhriyar oğlu-ADA Universiteti
6. Vəlizadə Cəmalə Nurəddin qızı - Bakı Dövlət Universiteti
III qrup 501 bal
7. Ağayeva Zəhra Mədəd qızı-Qarabağ Universiteti
II qrup bal 459
8.Əmirov Fəqan Rəhman oğlu-Azərbaycan Turizm və Menecment Universiteti
Iıı qrup bal 442
9.Məmmədzadə Banu Elnur qızı - Bakı Mühəndislik Universiteti
IV qrup bal 412
10.Əliyeva Məhbubə Natiq qızı - Gəncə Dövlət Universiteti
III qrup bal 412
11. Hacızadə Afiq Mövlan oğlu - Bakı Dövlət Universiteti
III qrup bal 344
12. Ağayeva Fidan Rəşad qızı - Gəncə Dövlət Universiteti
III qrup bal 311
13.Əliyeva Zəhra Azər qızı - Kooperasiya Universiteti
IV qrup bal 310
14. Məmmədzadə Ayxan Vüsal oğlu - Mingəçevir Dövlət Universiteti
III qrup bal 290
15. Zeynalov Orxan Vüqar - Bakı Biznes Universiteti
III qrup bal 271
16.Bağırzadə Rəhman Rauf oğlu - Sumqayıt Dövlət Universiteti
II qrup bal 258
17. Abdullayeva Aygün Aftandil qızı - Naxçıvan Dövlət Universiteti
III qrup bal 239
18.Ismayıllı Rüfan Əlizamin oğlu - Gəncə Dövlət Universiteti
II qrup bal 210
19 Yusifov Yusif Cəmaləddin oğlu - Gəncə Texnologiya Universiteti
I qrup bal 210
Hər bir məzmuna uğur arzu edirik.

Bərdə İnternat Tipli Gimnaziyanın direktoru Seymur İslamov - Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoyub. 1991-ci il 3 sentyabr tarixində Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildi. Bu təyinat, Heydər Əliyevin Azərbaycanın müstəqillik mübarizəsindəki rolunun mühüm dönəmidir. Tarix göstərdi ki, Naxçıvan Muxtar Respublikası üçün bu seçim böyük əhəmiyyət kəsb etdi. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda stabil inkişaf dövrü başladı. Onun seçilməsi, bölgədə siyasi və iqtisadi sabitliyi təmin etdi. Fəaliyyətinin ilk günlərindən Heydər Əliyev Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı.O, regionun inkişafını prioritetləşdirərək iqtisadi islahatlara başladı. Ali Məclisin sədri olaraq Heydər Əliyev, hüquqi və siyasi strukturun möhkəmlənməsinə önəm verdi.Naxçıvanın sosial inkişafı və infrastrukturu sahəsində mühüm layihələr həyata keçirildi. Heydər Əliyevin liderliyi, Naxçıvanın müstəqil dövlət olaraq güclənməsinə zəmin yaratdı. Onun sədrlik dövrü, Naxçıvanın beynəlxalq aləmdə tanınması üçün əsaslı addımlar atıldı. Ümummilli lider Heydər Əliyev, Naxçıvanın iqtisadi müstəqilliyinin artırılması məqsədilə strateji planlar hazırladı. Siyasi müstəqillik və iqtisadi inkişaf məqsədilə bir sıra islahatlar həyata keçirildi. Naxçıvanın təhsil və səhiyyə sahəsində də mühüm inkişaflara imza atıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, regionun mədəniyyət və idman sahələrində irəliləyişlər baş verdi. Onun siyasəti, Naxçıvanın xalqının rifahını artırmağa yönəldilmişdi. Müstəqillik yolunda Naxçıvanın strateji əhəmiyyətini vurğulayan Heydər Əliyevin sədri olduğu dövrdə, Naxçıvan beynəlxalq miqyasda daha tanınmış oldu. Məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan, müstəqil dövlətçilik prinsiplərinə uyğun şəkildə inkişaf etdi. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi də bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdı. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Bir sözlə, 3 sentyabr 1991-ci il, Naxçıvan tarixində Heydər Əliyevin rəhbərliyində yeni bir dövrün başlanğıcı oldu.
Oxşar xəbərlər