Parlaq gələcək üçün…

Parlament seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun Biləcəri qəsəbəsində seçicilərlə növbəti görüşü.
Görüşdə məhəllədə və yaxın ərazilərdə yaşayan seçicilərlə bərabər birinci Qarabağ və Vətən müharibəsi qaziləri də iştirak edirdi.
Yeni dövrə, Yeni Azərbaycanla!
Deputatlığa namizəd Hümbət Hüseynov şəhid ailələri ilə görüşdü
10 saylı Binəqədi 3-cü Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun şəhid ailələri ilə görüşü keçirilib.
Görüş Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında baş tutub.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, deputatlığa namizəd Hümbət Hüseynov, 10 saylı seçki dairəsində yaşayan şəhid ailələri və qazilər iştirak ediblər.
Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğurunda şəhid olmuş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputatlığa namizəd Hümbət Hüseynov seçki platformasından danışaraq seçiləcəyi halda seçicilərin problemlərinin Milli Məclisdə qaldıracağını və onların həllinə yardımçı olacağını xüsusi vurğulayıb.
Görüşdə Vətən müharibəsi şəhidlərinin valideynləri Nizami Hüseynov, Sahib Abbasov, Qüdrət Hüseynov, Natavan Qafarova və digərləri çıxış edərək Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəsdəklədiklərini, növbədənkənar parlament seçkilərində YAP-ın namizədi olan Hümbət Hüseynova səs verəcəklərini bildiriblər.
Tam səmimiyyətlə demək istəyirik ki,10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Hümbət Hüseynovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - İTTİHAM VAR.....başlıqlı yazı yazaraq, gözdən salmağa çalışırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynovdur.
Hümbət Hüseynov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Hümbət Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hümbət Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlıga namizəd Hümbət Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.