Təhsilin məqsəd və vəzifələri ancaq bilik və təcrübənin öyrədilməsi ilə məhdudlaşmamalı, eyni zamanda öyrənəni həyata hazırlamalıdır

Cəmiyyət şəxsiyyətlərlə toplumun, cəmiyyət üzvlərinin sintezidir. Toplumu arxasınca apara bilən bir şəxs böyük şəxsiyyətə çevrilməklə proseslərin ideya müəllifi və hərəkətverici qüvvəsi olur. Lakin ən gözəl, mütərəqqi ideya da özlüyündə hələ ictimai tərəqqi üçün kifayət deyildir. İdeyanın gerçəkləşməsi əsas şərtdir. Amerika filosofu R.Emersonun: “İdeyalar yaxşı və güclü insanların əqli və qüvvəsi ilə həyata keçməlidir, yoxsa o, xəyaldan başqa bir şey olmayacaqdır” fikiri bunu bir daha təsdiq edir.
Cəmiyyəti bir piramidaya bənzətsək, alt müstəvilərini hadisələr, maddi həyat, zirvəsini isə müəyyən ideya səviyyəsi kimi təsvir etmək olar. İdeyadan başqa maddi heç nə olmayan bu zirvədən aşağıya ideyalar gəlir. Məhz böyük şəxsiyyətlər başqalarından fərqlənərək mövcud ictimai münasibətlərin, mühitin məhdudlaşdırıcı baryerini keçməklə cəmiyyətdən ayrılaraq onun fövqünə yüksəlir.
Ölkəmizin müstəqil təhsil siyasətinin məqsəd və məzmun uyğunluğunun olmasını, müsbət ənənələrin nəzərə alınmasının vacibliyini xüsusilə qeyd edən ümummilli lider Heydər Əliyev deyirdi: "İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin".
Təhsilin məqsəd və vəzifələri ancaq bilik və təcrübənin öyrədilməsi ilə məhdudlaşmamalı, eyni zamanda öyrənəni həyata hazırlamalıdır. Ulu öndər də öz çıxışları zamanı dəfələrlə vurğulayırdı ki, müstəqil Azərbaycanda təhsilin bütün pillələrində işin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görülməlidir. Bu tövsiyələr həm qəbul olunmuş Təhsil Qanununda, həm də təhsil islahatı ilə bağlı qərarlarda öz əksini tapmalıdır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdam rayon şəhid Rəfi Qasımov adına Paşabəyli kənd tam orta məktəbinin direktoru Şövqiyyə Quliyevadır.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağdam rayon şəhid Rəfi Qasımov adına Paşabəyli kənd tam orta məktəbinin direktoru Şövqiyyə Quliyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şövqiyyə Quliyeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Şövqiyyə Quliyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Ağdam rayon şəhid Rəfi Qasımov adına Paşabəyli kənd tam orta məktəbinin direktoru Şövqiyyə Quliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şövqiyyə Quliyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şövqiyə Quliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağdam rayon şəhid Rəfi Qasımov adına Paşabəyli kənd tam orta məktəbinin direktoru Şövqiyyə Quliyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ağdam rayon şəhid Rəfi Qasımov adına Paşabəyli kənd tam orta məktəbinin direktoru Şövqiyyə Quliyeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şövqiyə Quliyeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Şövqiyə Quliyeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Şövqiyyə Quliyevadan danışdılar yaxşı ki, Şövqiyə Quliyeva Ağdam rayon şəhid Rəfi Qasımov adına Paşabəyli kənd tam orta məktəbinin direktorudur… Şövqiyyə Quliyeva öz isguzarlığı ilə tanınır və seçilir….
Şövqiyyə Quliyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Şövqiyyə Quliyeva böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Şövqiyyə Quliyeva yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Şövqiyyə Quliyevanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Şövqiyyə Quliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Şövqiyyə Quliyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Şövqiyyə Quliyeva özünü doğruldub. Bizdə hörmətli Şövqiyyə Quliyevanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






