Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

13:08 6.08.2024 36
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Dağ kəndləri olan Siyabli, Şovu və Təngivan sakinləri Taleh Qaraşovun səyyar görüşündən razı qalıblar

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Şovu kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Taleh Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb və qeyd edib ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə də aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb.

Səyyar görüşlərin keçirilməsinin önəmi barədə danışan icra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq yerlərdə vətəndaşların dinlənilərək onların qayğı və problemlərinin öyrənildiyini, qaldırılan məsələlərin həlli üçün mövcud imkanların təhlil olunduğunu və vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün mümkün vasitələrin səfərbər edildiyini vurğulayıb.

Taleh Qaraşov sosial-infrastrukturun daha da təkminləşdirilməsinin və kənd təsərrüfatının yerlərdə inkişafının dövlətin diqqət mərkəzində olduğunu bildirib, dağ kəndlərində məşğulluğun təmin edilməsi üçün kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasının, kiçik təsərrüfatların yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun üçün dövlət tərəfindən müxtəlif layihələr həyata keçirildiyini və subsidiyalar verildiyini qeyd edib.

Siyabli, Şovu və Təngivan kəndlərinin sakinləri çıxışlarında sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Lənkəranla ABŞ-ın Monterey şəhəri arasında “qardaşlaşmış şəhərlər” çərçivəsində salınan “Dostluq Parkı”nın açılışının bir illiyi qeyd edilib
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Lənkəran şəhəri ilə ABŞ-ın Monterey şəhəri arasında mövcud olan “qardaşlaşmış şəhərlər” əlaqələri çərçivəsində Lənkəran rayonunun İstisu qəsəbəsində salınmış “Dostluq Parkı”nın açılışının bir iiliyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra hakimiyyətinin (ŞİH) başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım Ülviyyə Əliyevaya, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai işlər üzrə attaşesi Melissa Şauqnessi, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycan Diplomatik Akademiyasının (ADA) müəllimi Şəfəq Mehralıyeva iştirak ediblər.

Çıxış edən natiqlər bildiriblər ki, 2011-ci ildən qardaşlaşan Lənkəran-Monterey şəhərləri arasında ötən müddət ərzində qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı daim diqqət mərkəzində olub, münasibətlərin daha da yaxınlaşması üçün mütəmadi ünsiyyət saxlanılıb.

Qeyd olunub ki, adət-ənənələrin, mədəni münasibətlərin, iqtisadi əlaqələrin, habelə Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasında şəhərlərin qardaşlaşmasının mühüm rolu var, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir və Lənkəranla Monterey şəhərlərinin əlaqələrin davamlılığı və inkişafı bu baxımından nümunə təşkil edir.

Çıxışlardan sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Nənələr” xalq folklor kollektivinin və Mərkəzin solistlərinin ifasında bədii hissə baş tutub, bir-birindən maraqlı ifalar təqdim olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Oxşar xəbərlər