Pərvin Məmmədov dövlətə şərəfli xidmət edir

13:02 4.08.2024 11
Pərvin Məmmədov dövlətə şərəfli xidmət edir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovdur.



Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərvin Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Pərvin Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Pərvin Məmmədov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.



Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Pərvin Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Pərvin Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Pərvin Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Pərvin Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Pərvin Məmmədovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Oxşar xəbərlər