Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər davam etdirilir

11:28 30.07.2024 21
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər davam etdirilir

Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olunub
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər davam etdirilir

İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq regionlarda da sahibkarlarla görüşlər keçirir.
Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq iqtisadiyyat naziri Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub. Müəssisələrlə keçirilən görüşdə Nazirliyin struktur bölmələrinin rəhbərləri, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları da iştirak edib.
Aqroparkın rezidenti “ISFA” MMC tərəfindən 20 ha ərazidə meyvə bağının qurulması ilə bağlı görülən işlər barəsində məlumat verilib. Layihəyə 310 min manat investisiya qoyulub, 480 ton məhsul istehsalı gözlənilir. Bundan əlavə rezidentə məxsus 6 ha sahədə tingçilik təsərrüfatı yaradılıb. Layihə çərçivəsində 1.1 mln. manat investisiya qoyulub, ilin sonunda ixrac üçün 800 min ədəd tingin əldə olunması gözlənilir.
“Azerbaijan Company for Poultry Development” MMC-nin illik istehsal gücü 20 mln. ədəd damazlıq yumurta istehsalı layihəsi ilə tanış olunub. Layihənin reallaşdırılması ilə 27.1 mln. manat investisiyanın qoyulması və 32 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkda dövlət tərəfindən 815 ha ərazinin su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib, 370 ha sahədə infrastrukturun qurulması üzrə işlər davam etdirilir.
Aqropark üzrə 1939 ha sahədə 33 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 52 mln. manatadək özəl investisiyanın yatırılması ilə 305 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 29 mln. manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb. 19 rezident tərəfindən 991 ha ərazidə əkin işləri aparılıb, 409 ha sahədə meyvə bağları salınıb.
Yevlax Pilot Aqroparkına baxış çərçivəsində Harvard Universitetinin eksperləri ilə ölkəmizdə yaradılmış sənaye parklarının potensialı, alternativ enerji ilə bağlı layihələr və ekoparkların yaradılması imkanları müzakirə olunub. Ekspertlər ölkəmizə səfər çərçivəsində yaradılmış sənaye parklarının fəaliyyəti ilə də tanış olacaqlar.
Sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Gəncə və ətraf regionların sahibkarları ilə də görüş keçiriləcək.

Yevlax şəhərinin işıqlandırma sistemi yenidən qurulur
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər davam etdirilir

Yevlax şəhərində ümumi uzunluğu 27 km olan 31 küçə və 1 prospektin işıqlandırılma sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.
Hazırda Nizami prospektində yeni işıqlandırma xəttlərinin çəkilməsi məqsədilə səkilərin kənarlarında qazıntı işləri həyata keçirilir.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər davam etdirilir

Şəhər İcra Hakimiyyəti Başçısının növbəti səyyar vətəndaş qəbulu Nərimanabad kəndində keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Səmədabad kənd inzibati ərazi dairəsinin Nərimanabad kəndində növbəti səyyar vətəndaş qəbulu keçirmişdir.
Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər. Səyyar qəbul zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, bəzi müraciətlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, digər məsələlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınmışdır.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Oxşar xəbərlər