Şahlar Həsənov hər zaman şəhid ailələrinə xüsusi diqqəti ilə sevilir

12:32 24.07.2024 17
Şahlar Həsənov hər zaman şəhid ailələrinə xüsusi diqqəti ilə sevilir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Abşeron icra hakimiyyətinin Masazır qəsəbə nümayəndəsi Şahlar Həsənovdur.

Bəzi internet saytlarında Abşeron icra hakimiyyətinin Masazır qəsəbə nümayəndəsi Şahlar Həsənov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Şahlar Həsənov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şahlar Həsənov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Şahlar Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Abşeron icra hakimiyyətinin Masazır qəsəbə nümayəndəsi Şahlar Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şahlar Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şahlar Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Abşeron icra hakimiyyətinin Masazır qəsəbə nümayəndəsi Şahlar Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Vətənpərvər ziyalımız Şahlar Həsənov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Şahlar Həsənovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Şahlar Həsənov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Abşeron icra hakimiyyətinin Masazır qəsəbə nümayəndəsi Şahlar Həsənov - Milli həmrəylik. Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsi ölkəmizdə keçirlən nüfuzlu beynəlxalq tədbirlərin sayının artmasını şərtləndirir. O cümlədən Şuşada keçirilən Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu baş tutdu. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlərə dair detallı açıqlamalar təqdim etdi.

O cümlədən dövlət başçımızın çıxışında azad edilmiş ərazilərdə gedən quruculuq-bərpa işləri və Böyük Qayıdış Proqramının icrası barədə ətraflı açıqlamalar yer almışdır. Məlumdur ki, bu gün bütün dünya Azərbaycanın öz gücünə işğaldan azad etdiyi ərazilərdə apardığı möhtəşəm quruculuq işlərini böyük diqqət və maraqla izləyir. Şuşa Qlobal Media Forumunun gedişində dövlət başçımıza ünvanlanan quruculuq prosesinin gedişi və Böyük Qayıdış Proqramının icrası barədə suallar da bu maraqdan xəbər verir. Bu suallara maksimum dərəcədə ətraflı cavab verən Ölkə Prezidenti İlham Əliyev hər iki mövzu ilə bağlı konkret faktlara əsaslanan açıqlamalar təqdim etdi.

Əlbəttə ki, ölkəmizin dünyada, xüsusilə də Avrasiya məkanında gedən proseslərə təsir imkanlarının getdikcə artması Forum iştirakçılarının da diqqətindən kənarda qala bilməz. Bu məqam dövlət başçımıza ünvanlanan suallarda da öz əksini qabarıq şəkildə tapmışdır. Bu baxımdan London təmsilçisinin Qəzza bölgəsində sülhün təmin olunması ilə bağlı Azərbaycanın mövqeyinə dair verdiyi sual da xüsusi maraq doğurmuşdur. Bu sualı cavablandıran Prezident İlham Əliyev bildirdi ki, bu münaqişə ən qısa zamanda dayandırılmalıdır, ona son qoyulmalıdır. Qeyd olundu ki, Azərbaycan uzun illər ərzində siyasi və iqtisadi baxımdan Fələstinə dəstək göstərib və Fələstin xalqının müstəqil dövlət qurmaq arzusunu hər zaman dəstəkləyib. Dövlət başçımız birmənalı olaraq Azərbaycanın bu mühüm məsələdə mövqeyini bəyan edərək bildirdi ki, Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur. Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan bu mövqeyini həm BMT-də seçkilər zamanı, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də digər beynəlxalq təsisatlarda dəfələrlə açıq şəkildə ifadə edib. Prezident İlham Əliyevin böyük maraq doğuran son dərəcə diplomatik növbəti açıqlaması da bu oldu ki, Azərbaycan heç bir zaman heç bir yerdə vasitəçi olmağa çalışmayıb. Lakin belə bir dəvət daxil olarsa, ölkəmiz öz rolunu oynayıb töhfə verə bilər. Dövlət başçısı eyni zamanda Prezident olaraq öz şəxsi fikrini də ifadə edərək bildirdi ki, bu məsələdə Ərəb Liqası daha fəal olmalıdır və münaqişəyə dair daha açıq mövqe ifadə etməlidir.

Öz çıxışında Prezident İlham Əliyev ölkəmizin təhlükəsizliyi ilə bağlı konkret fikirlərini səsləndirərək bu gün bütün dünyada mövcud olan antiazərbaycan əhval-ruhiyəli qüvvələrə növbəti dəfə ciddi xəbərdarlıq mesajı ünvanlanmış oldu. Möhtərəm dövlət başçımız qəti və birmənalı olaraq torpaqlarımızın işğalına son qoymuş Vətən müharibəsinin başa çatması və keçən il Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpası ilə ölkəmizə qarşı olan bütün təhlükələrin aradan qaldırıldığını bildirdi. Bununla cənab Prezident bir daha Azərbaycanda daxili sabitliyin və cəmiyyətimizdə hökm sürən milli həmrəyliyin yüksək səviyyədə olduğunu diqqət mərkəzinə gətirmiş oldu.
Oxşar xəbərlər