Abbas Cavadov hər zaman şəhid ailələrinə diqqət göstərir

Tərtər Rayon rəhbəri şəhid atasının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Habil Vəli oğlunun atası Hüseynov Vəli Xəlil oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, şəhid Habil Hüseynov 1970-ci il noyabr ayının 14-də Ermənistan Respublikasının Masis rayonunun Dəmirçi kəndində anadan olub. Orta təhsilini həmin kənd orta maktəbində alıb. Orta təhsilini basa vurduqdan sonra 1988-ci ildə Masis rayonunda Kənd Təsərrüfat Texnikumunun Mexanizasiya fakultəsinə daxil olub. Hərbi xidmət yaşı catdıqda təhsilini yarımçıq qoyub, keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə gedib.
1988-ci il Qarabağ hadisələri ilə baglı ailəsi Ermanistandan məcburi köçürülmüş və Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışlar. 1990-cı ildə hərbi xidmətini başa vuraraq ailəsinin məskunlaşdığı Tərtər rayonuna gəlib. Erməni işğalçılarına qarşı könüllü mübarizəyə qalxaraq 157 saylı hərbi hissənin tərkibinə daxil olub. Bu hərbi hissənin tərkibində Goranboy bölgəsində erməni işgalçılarına qarşı aparılan döyüşlərdə istirak edib. 1994-cü il yanvar ayının 9-da Gulüstan-Keçəldağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Evli idi. İlkin adlı bir oglu və İntizar adlı bir qızı var. Bəyimsarov kənd qəbiristanlıgında dəfn olunub.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Tərtər Rayon İcra Hakimiyyəti Başçının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadovdur.
Tərtər Rayon İcra Hakimiyyəti Başçının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Abbas Cavadov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Abbas Cavadov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Abbas Cavadov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.