Vətənpərvər ziyalımız Anar Məcidov vəzifəsini şərəflə yerinə yetirir


Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Anar Məcidovdur.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Qarabağ Regional Təhsil İdarəsinin müdiri Anar Məcidovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Anar Məcidov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Anar Məcidov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Anar Məcidov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Anar Məcidovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Anar Məcidov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Anar Məcidova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Anar Məcidov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Anar Məcidov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Anar Məcidov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Anar Məcidovda məhz bu amalda olan insanlardandır.
Məcidov Anar Rafik oğlu 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
2006-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2006-cı ildə Universitetin göndərişi əsasında Qəbələ rayon Uludaşkənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir.
2006- 2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xidmət müddəti bitdikdən sonra təyinatı üzrə əmək fəaliyyətini davam etdirmişdir.
2009-2010-cu illərdə Oğuz rayon Maluq kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2010-2011-ci illərdə Oğuz rayon Bucaq kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
2011-2013-cu illərdəOğuz rayon Bucaq kənd tam orta məktəbində direktor, 2013-2019-cu illərdəOğuz şəhər E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmişdir.
Ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışdığı müddətdə tədrisin keyfiyyətli təşkili və şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində formalaşması istiqamətində davamlı uğurlar əldə edilmişdir.
Sərhəd hərbi idman oyunları yarışmasında Bucaq kənd tam orta məktəbin komandası respublika final mərhələsinə vəsiqə qazanmış,uğurlu iştirakı ilə fərqlənmişdir.
Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Prezidentinin 21.12.2015-ci il tarixli 1634 nömrəli Sərəncamı ilə “Ən yaxşı ümumi təhsil müəsisəsi” müsabiqəsinin qalibi olmuşdur.
2016-2017 –ci dərs ilində məktəbin şagirdi “Ən yaxşı təqdimat müsabiqəsi”ndə I (birinci) yerə layiq görülmüş,tam orta təhsil pilləsi üzrə “Qızıl medal”la təltif onunmuşdur.
2017-2018 –ci dərs ilində məktəbin digər şagirdi“Ən yaxşı təqdimat müsabiqəsi”ndə II (ikinci) yerə layiq görülmüş, tam orta təhsil pilləsi üzrə “Qızıl medal”la təltif olunmuşdur.
Məktəb 2017-2018 –ci dərs ilində “Məktəblilərin peşə təlimi yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihə ilə II Qrant müsabiqənin qalibi olmuşdur.
Məcidov Anar Rafik oğlu 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi olmaqla yanaşı “Oğuz Bilik Evi”nin yaradılmasında iştirak etmiş, ictimai əsaslarla həmin qrumun direktor vəzifəsini icra etmişdir. Fəaliyyəti dövründə Kitabi Dədə Qorqud Dastanında “Basatın təpəgözü öldürdüyü boy” un Alman dilinə tərcüməsinin 200 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə;
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə həyata keçirilən Qardaşlaşmış məktəblər, İlboyu bilik, Dini abidələrdə tarixin izləri və digər layihələrin icrasında yaxından iştirak etmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 01.03.2021-ci il tarixli Rəyasət Heyətinin 28 saylı qərarı ilə “Yubiley döş nişanı” ilə təltif edilmişdir.
2019-cu ildəOğuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Fəaliyyəti dövründə rayonun ümümi orta və tam orta təhsil səviyyəsi üzrə göstəriciləri respublika üzrə ön sıralarda olmuş, son üç ildə 17 nəfər şagird respublika fənn olimpiadalarında qızıl və gümüş nişanlarla təltif olunmuş, tam orta təhsil səviyyəsini başa vurmuş şagirdlər isə 4 qızıl, 3 gümüş nişan əldə edərək, xüsusi nümunəli attestatla təhsillərini başa vurmuşlar.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər Rayon Təhsil Şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil nazirinin müvafiq əmri ilə 29 aprel 2022-ci il tarixdə müdir müavini vəzifəsinə təyin edilib.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Anar Məcidov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.