Ramin Qasımov hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdir

10:55 3.07.2024 41
Ramin Qasımov  hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdir


Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımovdur.

Ramin Qasımov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Ramin Qasımov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Unutmaq olmaz ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Ramin Qasımovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Ramin Qasımovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Ramin Qasımovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Ramin Qasımov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.

Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Ramin Qasımovun böyük genetik irsin varisidir.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Ramin Qasımov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Oxşar xəbərlər