Sahibə Abbasova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

09:49 3.07.2024 32
Sahibə Abbasova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də 54 №-li tam orta məktəbinin direktoru direktoru Sahibə Abbasovadır.

54 №-li tam orta məktəbinin direktoru direktoru Sahibə Abbasova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Sahibə Abbasovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Sahibə Abbasova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 54 №-li tam orta məktəbinin direktoru direktoru Sahibə Abbasovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sahibə Abbasova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Sahibə Abbasova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Sahibə Abbasova özünü doğruldub. Bizdə hörmətli Sahibə Abbasovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb 1976-cı ildən fəaliyyət göstərir. Məktəb əvvəlcə 1 korpusdan ibarət olmuş, 2005-ci ildən məktəbin 2-ci korpusu istifadəyə verilmişdir. Əsas korpus 840, köməkçi korpus isə 240 şagird yerlikdir. Məktəbin ilk direktoru Hənifəyeva Rima Abbas qızı olmuşdur. 2006-2007-ci tədris ilindən məktəbə direktor vəzifəsinə Abbasova Sahibə Namaz qızı təyin edilmişdir. Məktəbimiz 2008-2009 və 2015-2016-cı tədris ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı əsasında "Ən yaxşı ümumtəhsil Məktəbi" adına layiq görülmüşdür. Məktəb 2014-2015-ci tədris ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əsaslı təmir edilmiş və məktəbdə yenidənqurma işləri aparılmışdır. 02.09.2014-cu il tarixdə Prezidenti cənab İlham Əliyev məktəbə gələrək təmirdən sonrakı vəziyyətlə tanış olmuş, pedaqoji kollektivə öz tövsiyə və tapşırıqlarını vermişdir.

Məktəb ikinövbəli, beşgünlük iş rejimi ilə fəaliyyət göstərir. Hazırda məktəbdə Azərbaycan bölmələri üzrə I-XI siniflərdə 1674 şagird təhsil alır. Onların təlim - tərbiyəsi ilə 106 müəllim məşğul olur. Məktəbdə vəzifəsinin məsuliyyətini dərk edən təcrübəli, peşəkar pedaqoji kollektiv çalışır. Onlardan 3 nəfəri "Əməkdar müəllim", 3 nəfəri "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüş, 2 nəfər müəllim Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı müəllimi", 1 nəfər VI qrant müsabiqəsinin qalibi olmuşdur.

2022-2023-cü tədris ilində məktəbimizin " Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi" çərçivəsində "İntelekt marafonu" adlı qrant layihəsinin qalibi olmuşdur.

2022-2023-cü tədris ilində tam orta təhsil pilləsini bitirmiş 72 nəfər şagirddən 66 nəfəri ali məktəbə qəbul oldular. XIA sinfində təhsil alan 18 nəfər məzunun, XIC sinfində təhsil alan 17 nəfər məzunun hamısı 100% nəticə göstərərək ali məktəblərə qəbul oldular.

Məktəbin şagirdləri Respublika fənn olimiadalarında, beynəlxalq idman yarışlarında, rəsm üzrə keçirilən sərgilərdə fəal iştirak edirlər və uğur qazanırlar. Son illərdə məktəbdə ümumi orta təhsil pilləsini bitirmiş şagirdlərdən 62 nəfəri, tam orta təhsil pilləsini bitirmiş şagirdlərdən 51 nəfəri fərqlənmə attestatı almışlar. Davamlı olaraq təhsil pilləsi buraxılış imtahanlarının nəticələrinə görə məktəb Bakı şəhər məktəbləri arasında ön sıralarda yer alır, məzunların böyük əksəriyyəti yüksək ballarla ali məktəblərə qəbul olunur.

Məktəbimizdə "STEAM", "Rəqəmsal bacarıqlar", "Şahmat", "Məktəbəhazırlıq", "Rəqəmsal bacarıqlar təmayül sinfi" və digər istiqamətlər üzrə təmayül siniflər fəaliyyət göstərir.

Sahibə Abbasova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Sahibə Abbasova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Oxşar xəbərlər