Azərbaycanda ən yaxşı və xəstələrin daha çox müraciət etdiyi sanatoriyalardan biri “Bilgəh” Kardioloji Sanatoriyasıdır


Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
“Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Muxtar Əhmədov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
“Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Muxtar Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Muxtar Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Muxtar Əhmədovun böyük genetik irsin varisidir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası, “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyası Bakı şəhərinin 40 km-də Abşeron yarımadasının Şimal sahilinin ən mənzərəli yerlərindən birində Bilgəh qəsəbəsində dəniz səviyyəsindən 20 metr yüksəklikdə yerləşir. Sanatoriya 1971-ci ildən kardioloji sanatoriya kimi fəaliyyət göstərir. Ərazisi 19,8 hektardır.
Sanatoriyanın yerləşdiyi yerin iqlimi mülayim, quru və istidir. Əsəb sisteminə müsbət təsir göstərən yod brom ionları ilə zəngindir. Xəzər dənizində ilin 5-6 ayında çimmək mümkündür. Sanatoriyanın narın quma malik geniş ərazili çimmək üçün ən münasib, gigiyenik təmiz çimərliyi vardır və bu xidmətdən həkim nəzarəti altında xəstələr istifadə edir.
“Bilgəh” kardioloji sanatoriyasının profili ürək qan-damar sisteminin xəstəlikləri olmaqla, il boyu fəaliyyət göstərir və 447 çarpayılıqdır.Sanatoriyada 1 ədəd 4 mərtəbəli yataq korpusu, 2 ədəd 2 mərtəbəli yataq korpusu, 5 ədəd 1 və 2 mərtəbəli lyuks, yarım lyuks tipli koteclər vardır. Bundan əlavə bir geniş profilli müalicə-diaqnostika şöbəsi, 400 nəfərlik qış klubu və konsert zalından, 450 nəfərlik yeməkxanası, bir zəngin kitabxanası, idman meydançası, açıq havada yerləşən trinajor meydançası, tenis kordu vardır. Sanatoriya zəngin landşaft faktorlarına, çoxlu yaşıllıqlarla əhatə olunmuş və abadlaşdırılmış geniş əraziyə malikdir.
Ərazidə əlavə bisketlər (gündən qorunma) düzəldilib və oturacaqlar vardır. Ərazidə 160 maşın üçün dayanacaq vardır.
Sanatoriyanın həyətində əlavə kafe və çayxana xəstələrin ixtiyarındadır.
Sanatoriyanın müalicə arsenalında aşağıdakı faktorlar vardır: İqlim müalicəsi, dozalanmış marşrutlarla gəzintilər, səhər gimnastikası, müalicə bədən tərbiyəsi, günəş və hava vannaları, dənizdə çimmək, təbii yod-brom vannaları, sualtı duş masaj və müxtəlif duşlar, masaj, müxtəlif elektrofizioterapevtik müalicə üsulları, işıq və solyuksla naftalan müalicəsi, parafin yaxması ilə müalicə, inqolyasiya, müxtəlif dərmanlarla elektroforezlər, darsanval, amplipuls, ultrasəs, maqnitlə müalicə, müxtəlif kvarslarla müalicə üsulları vardır.
Diaqnostika arsenalında elektrokardioqrafiya, ultrasəslə müayinə kabinetləri, klinik diaqnostika və biokimyəvi laboratoriyalar fəaliyyət göstərir.
“Bilgəh” kardioloji sanatoriyasında psixoterapevtik, stomotoloji, genikoloji, uroloji kabinetlər vardır ki, buda xəstələrin hər tərəfli müayinəsinə və müalicəsinin düzgün aparılmasına şərait yaradır.
Sanatoriyada bütün gün ərzində fəaliyyət göstərən 2 tibb məntəqəsi vardır. Hər bir tibb məntəqəsində təcili və təxirəsalınmaz yardım üçün dərman preparatları vardır və həmin məntəqələrdə daimi fəaliyyət göstərən tibb bacıları və həkimlər çalışır.
Yeməkxanada xəstələr pəhriz yeməkləri ilə əhatə olunmuşdur. Yeməkxanada əsasən 9, 10, 15 saylı dietalardan istifadə olunur. Əlavə olaraq yeməkxanada tərəvəz stolları təşkil olunmuşdur.
Asudə vaxtlarında xəstələrl ətanınmış yazıçılar, şairlər, elm adamları və incəsənət xadimləri ilə görüşlər təşkil olunur. Xəstələr üçün tarixi abidələrə ekskursiyalar və şəhər gəzintiləri təşkil olunur. Xəstələrin asudə vaxtlarının şən keçməsi üçün konsertlər və rəqs gecələri keçirilir. Stol üstü oyunlardan nərd, domino, bilyard üzrə yarışlar keçirilir. Xəstələr açıq havada olan trinajorlardan, tenis kordundan və futbol meydançasından istifadə edirlər. Sanatoriyanın zəngin kitabxanası daim xəstələrin istifadəsindədir.

