Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir

14:35 13.06.2024 33
Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də İdrak liseyinin təsisçisi, pedaqoji elmlər doktoru Professor Mönsüm Alışovdur.

Unutmaq olmaz ki, İdrak liseyinin təsisçisi, pedaqoji elmlər doktoru Professor Mönsüm Alışov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Mönsüm Alışovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Mönsüm Alışovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Mönsüm Alışovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Mönsüm Alışov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, İdrak liseyinin təsisçisi, pedaqoji elmlər doktoru Professor Mönsüm Alışov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.

İdrak liseyinin təsisçisi, pedaqoji elmlər doktoru Professor Mönsüm Alışov - “Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müasir müstəqil, qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanla qürur duyur. Arxada qalan hər gün Azərbaycanın müstəqillik tarixinə uğur səhifəsi kimi yazılır. Təbii ki, bu uğurlarımız, Zəfərlərimiz böyük səylərin, qətiyyətin nəticəsidir. Xalqımız Milli Qurtuluş Gününü qeyd edir. Ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən silsilə tədbirlər məhz Qurtuluşun bugünkü uğurlara yol açdığını əsaslı şəkildə diqqətə çatdırır və belə bir əminlik ifadə olunur ki, hər bir hədəfə zamanında nail olan Azərbaycanı bundan sonra da möhtəşəm uğurlar gözləyir. Hər bir bayram, tarixi gün arxada qalan dövrün hesabatı, yeni dövrün hədəflərinin təqdimatıdır. 15 iyun 1993-cü il tarixindən bizləri 31 illik zaman ayırır. Zamanın hakimliyinə, tarixin yaddaşına söykənərək Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə ölkəmizin nədən xilas olduğunu aydın şəkildə görür, Ümummilli Lider Heydər Əliyevə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırır, bu yolun uğurlu davamından böyük qürur hissi keçiririk. Reallıq budur ki, 1991-1993-cü ilin iyununadək olan dövr tariximizə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran dövrü kimi daxil oldu. Azərbaycan “Olum, ya ölüm!” dilemması qarşısında qalmışdır. 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının girovuna çevrilmələri, ümumiyyətlə,normal idarəçilik sistemi formalaşdırmaqdan, hadisələrdən düzgün nəticə çıxarmaqdan uzaq olmaları vəziyyəti hər an gərginləşdirdi. Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu təsdiqlədi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan xilas etdi.”

Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir


Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı: “1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etdi. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan bu tarixi gün Azərbaycanın bugününün və gələcəyinin əsası oldu.”

Güclü Lideri olan dövlətlər və xalqlar böyük inkişaf yolu keçir, möhtəşəm uğurlara imza atırlar: “Eyni zamanda, Azərbaycan reallıqlarının fonunda o da təsdiqləndi ki, müstəqilliyin qorunub saxlanılması onun əldə edilməsindən də çətindir. Ümummilli Lider Heydər Əliyev adını tariximizə müstəqilliyimizin memarı kimi qızıl hərflərlə yazdırdı. 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. İllər keçdikcə 1993-cü ilin iyun hadisələrinin mahiyyətini daha dərindən dərk edir, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ilin ölkəmizin həyatında rolu yüksək dəyərləndirilir. Qurtuluş əbəs yerə bugünkü uğurlarımızın başlanğıc nöqtəsi kimi dəyərləndirilmir. Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib amil kimi önə çəkirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.” Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi inkişaf təmin edildi. İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. “Əsrin müqaviləsi” imzalandı və 23 ildən sonra “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdı. Regional çərçivədə başlanan əməkdaşlıq Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu artırdı.”

Tarixə Milli Qurtuluş Günü kimi yazılan 15 iyundan başlanan yol 2020-ci ildə xalqımıza Zəfər sevincini yaşatdı: “Üç il sonra 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq dayandı. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallaşdırdı. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, tarixi ədalət bərpa edildi. Tarixi ədalətə söykənən hədəflərimiz davamlıdır. Xalqımız tam əmindir ki, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər bir hədəfə zamanında nail olacağıq. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanıb, bərpa-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdış Proqramının uğurlu icrası soydaşlarımızın qayıdış ünvanlarının sayının artmasında özünün aydın ifadəsini tapır.”

Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir


Şuşa Bəyannaməsinin imzalanmasından üç il keçir: “ 2021-ci ilin 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşa Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Müttəfiqlik Bəyannaməsi əbədi və sarsılmaz olan Azərbaycan və Türkiyə birliyini daha da gücləndirir. Bu müttəfiqliyi hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində görmək mümkündür. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Bu birlik dünyaya nümunədir. 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin ondan sonrakı dövr bu birliyi daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.”

Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir
Oxşar xəbərlər