Ağstafada 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Məhz Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Ağstafada 28 May Müstəqillik Gününə həsr olunmuş yorğa atların yarışı üzrə regional birincilik keçirilibAğstafa Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş gənc həvəskarlar arasında yorğa atların yarışı üzrə regional birincilik keçirilib. Qazax, Ağstafa və Tovuz rayonlarından yarışa qatılan ümumilikdə 19 nəfər həvəskar çapar reqlamentə uyğun olaraq 2000 metr məsafəni qət etməli olublar. Üç mərhələli yarışın yekununda 1-ci yeri Qazax rayonundan Zeynalov Elnur Elçin oğlu, 2-ci yeri Tovuz rayonundan Məmmədov Ədalət İsax oğlu, 3-cü yeri isə Ağstafa rayonundan Cəfərov Niyaməddin Ziyaddın oğlu tutublar. Yarışın sonunda qalib iştirakçılar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müavfiq diplomları ilə təltif olunublar.
Ağstafalı ziyalı, rayonun qabaqcıl mədəniyyət nümayəndəsi Gülgün Kərim oğlu Kərimovun 65 illik yubileyi münasibəti ilə tədbir keçirilibYubiley tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunub. Ağstafa RİH başçısı Seymur Orucov yubilyarı Ağstafa rayonunun ictimai-siyasi fəaliyyətində fərqləndiyinə görə Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyəsi ilə təltif edib.
Tədbirdə çıxış edən digər natiqlər - Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Hüseynov, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Hüseyn Arif Əbədi Məclisinin sədri Saqif Qaratorpaq, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Rüfət Axundlu ölkəmizdə mədəniyyət işçilərinə göstərilən yüksək dövlət qayğısından, eyni zamanda, Gülgün Kərimovun uzun illər rayonun mədəniyyət sahəsində göstərdiyi yüksək xidmətlərdən söz açıblar. Qeyd olunub ki, G.Kərimov işlədiyi müddət ərzində musiqi, özfəaliyyət kollektivlərinin təşkili, mədəni-kütləvi tədbirlərin hazırlanması, milli dəyərlərin qorunması və təbliğində fəal iştirak etmiş, istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılması, yerli və respublika əhəmiyyətli müsabiqə və festivalların keçirilməsinə rəhbərlik etmişdir. Eyni zamanda həmin dövrlərdə Ağstaf rayon Tarix-Diyarşünaslıq muzeyi, Xalq şairi Hüseyn Arifin ev muzeyi, Ağstafa Dövlət Rəsm Qaleriyasının yaradılması ideyasını irəli sürmüş, sözügedən muzeylərin fəaliyyətə başlaması üçün binaların təşkili, eksponatların toplanması, tərtibat işlərinin görülməsini təmin etmişdir.
Öz növbəsində Gülgün Kərimov bildirib ki, 18.06.2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə onun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi, dövlətimiz tərəfindən ümumilikdə bu sahədə çalışan ağstaflılara göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Tədbirin sonunda yubilyarla xatirə şəkli çəkdirilib.