Selman Süd şirkəti bu gün markalaşma istiqamətində səylərini sürətləndirərkən, davamlı olaraq böyüməkdədir


Selman Süd Məhsulları müəsisəsinin rəhbəri İbrahim Səlman qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İbrahim Səlmanun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İbrahim Səlman səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Selman Süd Məhsulları müəsisəsinin rəhbəri İbrahim Səlman - 1996-ci ildə yalnız pendir istehsalı ilə sektora addım atan şirkətimiz istehsal etdiyi təbii məhsullar diqqət çəkdindən sonra istehsal həcmini artırmış və məhsul portfelini genişləndirmişdir. 2001-ci ildə ilk ümumi təyinatlı istehsal binasında fəaliyyətini davam etdirən şirkətimiz texnologiyada sektordakı yenilikləri izləmək və tətbiq etmək uğurları sayəsində müştəri şəbəkəsini genişləndirmişdir. Daha gigiyenik mühitlərdə və standart keyfiyyətdə istehsal edə bilmək məqsədi ilə 2002-ci ildə istifadəyə verilən Avropa normalarında müasir texnoloji qurğusu ilə daim inkişaf edən texnologiya və şirkətlərdən gələn sıx tələblər nəzərə alınmaqla xidmətini davam etdirir. Şirkətimiz istehsalın hər mərhələsində yeni texnologiya və informasiya texnologiyalarından istifadə edərək davamlı təkmilləşmə və inkişaf yolundadır və regionda yeganə tədqiqat və təkmilləşdirmə laboratoriyasına malikdir. İstehlakçılara təklif olunan bütün süd məhsulları pasterizə olunmuş süddən istehsal olunur. Selman Süd firması bugün markalaşma istiqamətində səylərini sürətləndirərkən, davamlı olaraq böyüməkdədir. İstehlakçıları qorumaq, məlumatlandırmaq və daima ən yaxşısını təklif etmək prinsipinə əsaslanaraq, hədəflərimiz satışlarımızı maksimuma çatdırmaq, bazar payımızı artırmaq və istehlakçılarla inteqrasiya edərək sürətli böyüməyə davam edirik.
Texnologiya
Şirkətimiz istehsalın hər mərhələsində yeni texnologiya və informasiya texnologiyalarından istifadə edir
Laboratoriya
Regionda yeganə tədqiqat və təkmilləşdirmə laboratoriyası ilə davamlı təkmilləşmə yolunda olan şirkət
Gigiyenik
2002-ci ildə istifadəyə verilən Avropa normalarında müasir texnoloji qurğu ilə gigiyenik mühitdə istehsal
Pasterizə edilmiş
İstehlakçılara təklif olunan bütün süd və ağartı məhsulları yüksək səviyyədə pasterizə olunmuş süddən istehsal olunur
Gündəlik olaraq süfrələrimizi pendirsiz təsəvvür etmək mümkün deyil
Pendir xüsusi fermentlər və süd-turşu bakteriyaları vasitəsilə südün mayalanması nəticəsində alınan qida məhsuludur. Pendirin tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri mövcuddur. Pendirdəki zülallar süddəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir. Südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25 %-ə qədər zülal, 60 %-ə qədər yağ və 3,5 %-ə qədər karbohidrat mövcuddur. 100 q pendirin enerji dəyəri 200-400 kkal arasında dəyişir. Südün
mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ-bərk, yarımbərk, yumşaq, toz, krem və s. şəklində pendir hazırlana bilər. Pendirin hazırlanmasında süddən başqa, bir sıra köməkçi vasitələrdən də istifadə edilir ki, onlara dadlandırıcı, qoruyucu, konservləşdirici və digər qatqı maddələrini aid etmək olar.
Kəsmik bir qida məhsulu kimi uşaqlarla yanaşı yaşlılar üçün də lazımlıdır
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış süd məhsuludur. Qaraciyər xəstəlikləri, ateroskleroz və hipertoniya müalicəsi zamanı olan pəhriz siyahısına daxildir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür.
Digər süd məhsulları ilə müqayisədə, Şorun tərkibində daha çox kalsium olur
Süd məhsullarından olan şorun tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır.
Arıqlamağa çalışırsınızsa, süzməni mütləq pəhrizinizə əlavə edin
Süzmə tərkibində protein adi qatıqdan iki dəfə çoxdur. Bu da özünüzü uzun müddət tox hiss etməyinizi təmin edir. 2013-cü ilə aparılan bir araşdırmaya görə, günortadan sonra ara yeməyi olaraq süzmə yeyən şəxslər daha uzun müddət toxluq hiss edirlər. Həmçinin, süzmə bol miqdarda olan kalsium bədəndə yağ istehsalını azaldır.
Süzmənin başlıca faydalarından biri tərkibindəki probiotiklərdir. Süzmədə olan probiotiklərlə aldığınız faydalı bakteriyalar, sağlıqlı bir həzm təmin edir. Həzm sisteminizdəki faydalı bakteriyalar, ishal, bağırsaq sindromu, xron xəstəliyi və kolit kimi həzm problemləri ilə mübarizə aparmağa kömək edir.
Kərə yağının tərkibində kalium və beyin üçün faydalı vitaminlər var
Keyfiyyətli inək südündən hazırlanmış kərə yağı insan orqanizmi üçün çox faydalıdır. Tərkibindəki vitaminlər (A,E,D,B qrup) saçın, dişlərin, sümük sisteminin, dərinin inkişafında xüsusi rol oynayır.Kərə yağı otaq temperaturunda qatı halda olur. 15 dərəcəyə çatdıqda çörəyin üstünə sürtülə biləcək hala gəlir. Kərə yağı süd yağından (82 faiz), süd proteinindən (kazein) və sudan ibarətdir. Sadə şəkildə desək, kərə yağı su və süd yağının qarışımından, yəni bir-birinin tərkibində həll olunmayan iki mayenin qarışımından ibarətdir.
Yaxşı qidalanmış camış südünün 35%-ini qaymaq təşkil edir
Qaymaq südün üstünə yığılan yağlı hissəsidir. Süd zavodlarında qaymaq əldə etmək üçün sentrafuqadan istifadə edilir. Təbii südü bişirdikdən yarım saat sonra onun üst hissəsində nazik təbəqə əmələ gəlir. Təbii yolla ev şəraitində qaymaq əldə eləmək üçün bişirilmiş südün ən azı 10-12 saat soyuq yerdə saxlanmılması lazımdır. Mütəxəssislər qaymaq əldə etmək üçün üstündə ən azı 1 sm qalınlığında qatı təbəqə əmələ gələnə qədər südü sakit vəziyyətdə saxlamağı məsləhət bilir.
Xama çox qidalandırıcı, dadlı və faydalı məhsuldur
Xama süd turşusu məhsuludur. Xama qaymağın alt qatında yığılıb qalan süd təbəqəsindən əldə edilir. Xamanın qidalılıq və bioloji dəyəri çox yüksəkdir. Digər yağlı süd məhsullarından fərqli olaraq 10 %-li xama dietik qida hesab edilə bilir. Adətən xamanın tərkibi 30% yağ, 2-3% zülal və 35% karbohidratlardan təşkil edilmişdir. Əsil xama qoxusuz, ağ və ya açıq sarı rəngli, qatı və eyni tərkibə malik olur. Əla növ xama çox qatı olur.
Dovğa qarın bölgəsindəki yağlardan xilas olmaq istəyənlər üçün ideal qidadır
Bütün fəsillərdə ən çox sevilən və yeyilən xörəklərdən biri də Azərbaycanın milli yeməyi olan dovğadır. Dovğanın tərkibində olan qatıq yüksək xolesterol və şəkər xəstələri üçün olduqca faydalıdır. Pis xolesterolu aşağı salır, yaxşı xolesterolu yüksəldir və yağların əriməsini asanlaşdırıb kökəlmənin qarşısını alır.
Ayran həm içkidir, həm də çörəklə birgə yeyilən qidadır
Ayran bir içki olaraq, qədim zamanlardan kənd təsərrüfatı icmaları tərəfindən geniş şəkildə istehlak edilmişdir. Müasir dövrdə dərman məqsədləri üçün istifadə edilməyədə başlandı. Çünki onun sağlamlıq üçün çoxlu faydaları olması müasir tibb tərəfindən qəbul edilən bir həqiqətdir. Ayranın tərkibində A vitamini, C vitamini, D vitamini, E vitamini və K vitamini var. Bundan əlavə, B6 vitamini və B12 vitamini ilə zəngin olan ayran sağlamlığımız üçün çoxlu faydalar təmin edir. Bundan başqa kalsium, dəmir, maqnezium, natrium kimi tərkibində bir çox vacib minerallar, xüsusilə manqan, selen, maqnezium da daxildir. Bu mineralların əksəriyyəti orqanların sağlam işləməsi üçün həyati əhəmiyyət kəsb edir.
Hər gün ayran içməyə başlamaq üçün 10 səbəb
Sizi uzun müddət tox saxlayır
Qan təzyiqini balanslaşdırır
Həzmi rahatlaşdırır
Bədənə enerji verir
Hüceyrələri bərpa edir
Sümükləri gücləndirir
Yuxu tənzimləyicisidir
Mədəni təravətləndirir
Protein mənbəyi
Zehnin İnkişafını dəstəkləyir