Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub


Tərtər rayon 29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Ramil Bayramovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Ramil Bayramov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Ramil Bayramov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyətinin Hacıqərvənd kəndində keçirilən səyyar qəbul-görüşündə kənd sakinləri müraciət edərək R 26(36 km)-Hacıqərvənd avtomobil yolunun asfaltlanaraq Buruc-Güləbatlı avtomobil yoluna birləşdiriməsini xahiş etmişlər.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “42 №-li Yol İstismarı” MMC-si tərəfindən kəndin avtomobil yoluna asfalt salınaraq, Buruc-Güləbatlı avtomobil yoluna birləşdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə görülən işlərlə yaxından tanış olmaq üçün kənddə olub, əlaqədar qurumlara öz tapşırıq və tövsiyyələrini verib, sakinlərlə səmimi söhbət ediblər.
Hacıqərvənd kəndinin sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.