Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir

12:28 3.09.2023 73
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir




Masallı Rayon 47 - saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov - Şərəfə kəndində yolların asfaltlanması işləri davam edir
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, dəstəyi sayəsində respublikamızın bütün bölgələri ilə yanaşı, Masallı rayonu da günü-gündən inkişaf edir. Aparılan abadlıq işləri çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərinin küçələrində asfaltlanma işlər davam etdirilir.

Yolların əsaslı təmir olunması proqramına uyğun olaraq bir çox küçələrə asfalt örtüyü salınaraq abadlıq işləri görülür. Masallı rayonunun ictimai-siyasi qəzeti olan «Yeni həyat» qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, hazırda 47 saylı Yol İstismar idarəsinin kollektivi on günə yaxındır ki, Şərəfə kəndi ərazisində asfaltlanması işlərini keyfiyyətlə həyata keçirirlər.

Bununla əlaqədar olaraq Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov növbəti dəfə asfaltlama işləri aparılan həmin ərazilərə gələrək görülən işlərlə yerində tanış olmuş, 47 saylı Yol İstismar idarəsinin icraçı direktoru Mahmud Bağırova müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir


Ərəb kəndində Şəhid evinə 450 metr asfalt örtüyü döşənir
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xırmandalı ərazisinin Ərəb kəndində Şəhid Qurbanov Masim Hafiz oğlunun ailəsinin yaşadığı evə qədər ümumi uzunluğu 450 metr asfalt örtüyü döşənir.
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir


Masallıda 38 km-lik yolun qurulması davam edir
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir

Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü kilometrindən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.

Ümumi uzunluğu 38 kilometr olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir. Həmin yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Layihə üzrə yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km), Təklə-Mollahəsənli (2 km), Qədirli-Xallıcalı (3 km), Həsənli-Köçəkli (6.9 km) və Hüseynhacılı-Öncəqala (9 km) hissələri üzrə torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Hazırda həmin hissələrdə yol çiyinlərinin bərkidilməsi işləri aparılır.

Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib. Yolun Təklə-Viləş (9 km) hissəsində də bu işlər yerinə yetirilib, artıq yolun 3.8 kilometrlik hissəsinə ikiqat asfalt örtüyü döşənib. Layihənin bu hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq tikilir.

Layihənin Bala-Təklə-Şərəfə (5.3 km) hissəsində isə hazırda yararsız asfalt örtüyün frezlənməsi işləri aparılır.

“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.

Yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir
Mahmud Bağırov: Masallıda yolların qurulması davam edir
Oxşar xəbərlər