Taleh Qaraşov: Hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir

11:37 29.08.2023 56
Taleh Qaraşov: Hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir


Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib

Taleh Qaraşov: Hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir


Vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi, müraciətlərinə baxılması üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi istiqamətində dövlət başçısının xüsusi tapşırıq və tövsiyələri insanların yerlərdəki qayğı və problemlərinin dinlənilməsinə, həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablanıb. Cənab Prezidentin bütün göstəriş və tələblərini gündəlik fəaliyyətində rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü avqustun 29-da Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. T.Qaraşov yerli insanların sual və müraciətlərini səbr və təmkinlə dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlərin həlli üçün yerindəcə göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həllindən ötrü aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını səlahiyyətli şəxslərə tapşırıb. Açıq dialoq formatında baş tutan görüşdə sakinlər dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etdiyini vurğulayıblar. Yerli sakinlər vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, qaldırdıqlarına məsələlərə operativ və həllə yönəlik addımların atılmasına və ölkəmizdə sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq səviyyədə yaxşılaşmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını vurğulayıblar.

Taleh Qaraşov: Hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir
Taleh Qaraşov: Hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir


Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov - Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının Azərbaycanın gələcəyi olan uşaqlarımızı, gənclərimizi qorumağa borclu olduğunu vurğulayırdı. Ulu öndər Heydər Əliyev gənclərimizi ölkəmizin, xalqımızın milli sərvəti adlandırırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin intelektli, vətənpərvər olmalarını, eləcə də dünyada ölkəmizi layiqli şəkildə təmsil etməli olduqlarını, hər bir Azərbaycan gəncinin öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi gəbul etmələrini vurğulayırdı. Ulu öndər Heydər Əliyev gənclərimizin əsas vəzifəsinin özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, dövlətimizin yaşamasına və əbədi olmasına xidmət etməkdən ibarət olmasını qeyd edirdi. Bütün çıxışlarında ulu öndər Heydər Əliyev Azərbaycan gəncinə inandığını, ölkəmizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü və dövlətin gənclərlə bağlı siyasətində onları hər cür qayğı və dəstək göstərilməsinin vacibliyini qeyd edirdi. Bu qayğı və diqqət gələn nəsillərin vətənpərvər ruhda böyüməsinə, dövlət və xalq uğrunda canından keçməyə hazır olan gənclərin yetişməsinə səbəb oldu.
Taleh Qaraşov: Hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir

Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı dövlət siyasətini davam etdirən Prezident İlham Əliyevin gənclərimizə xüsusi diqqəti və qayğısı yüksək səviyyəyə çatdırıldı. Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev Azərbaycan gənclərinin vətənpərvər olmasını xalqımızın adət ənənələrinə sadiq olmalarını tövsiyə edirdi və gənclərin bu ruhda böyüməsinə xüsusi diqqət yetirirdi. Cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz vətən müharibəsində böyük qəhrəmanlıq, şücayət nümayiş etdirərək torpaqlarımızı erməni faşizminin işğalından azad etdi. Müharibədə qorxmadan, çəkinmədən düşmən üzərinə gedən igid oğullarımız şəhid, qazi oldular, lakin bu müqəddəs amal uğrunda bir addım belə geri çəkilmədilər. Cənab İlham Əliyev kimi müdrik, qətiyyətli lideri və qəhrəman və intelektli gəncliyi olan Azərbaycan hər zaman qalib, güclü dövlət olacaq.
Oxşar xəbərlər