Niyazi Bayramov haqqında Şər və Böhtan yazanlara Tutarlı cavab

10:32 28.08.2023 59
Niyazi Bayramov haqqında Şər və Böhtan yazanlara Tutarlı cavab





Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Niyazi Bayramovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. "Niyazi Bayramovun 2 milyonluq abadlıq işi - Tenderin qalibi yenə “Ərdagı” MMC oldu" başlıqlı yazı yazaraq görülən işlərə kölgə salmaq istəyirlər amma alınmayacaq! Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən xebercimedia.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.

Niyazi Bayramov açıq ürək əməliyyatı keçirən şəhid övladını ziyarət edib
Niyazi Bayramov haqqında Şər və Böhtan yazanlara Tutarlı cavab


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Asiman İmamverdiyevin övladı Nuray İmamverdiyevanı keçirdiyi açıq ürək əməliyyatından sonra ziyarət edib, onun vəziyyəti ilə maraqlanıb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri və Gəncə Şəhər İcra Hakimiyyəti başısı Aparatının məsul əməkdaşları iştirak edib.

Şəhər rəhbərinə Nurayın vəziyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, Nuray İmamverdiyeva Bakı şəhər Bona Dea Beynəlxalq Hospitalda açıq ürək əməliyyatı keçirib, müalicə və müayinə olunub. Hazırda onun səhhəti qənaetbəxşdir.

Niyazi Bayramov balaca Nuraya şəfa diləyib, eyni zamanda şəhid ailəsini narahat edən məsələlərlə maraqlanıb və lazımi tədbirlərin görülməsi üçün aidiyyatı üzrə tapşırıqlar verib.

Şəhid Asiman İmamverdiyevin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı, şəhidin övladları Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.

Qeyd edək ki, Vətən mühraibəsi iştirakçısı İmamverdiyev Asiman Mehman oğlu 12 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

Niyazi Bayramov haqqında Şər və Böhtan yazanlara Tutarlı cavab
Niyazi Bayramov haqqında Şər və Böhtan yazanlara Tutarlı cavab
Niyazi Bayramov haqqında Şər və Böhtan yazanlara Tutarlı cavab
Niyazi Bayramov haqqında Şər və Böhtan yazanlara Tutarlı cavab
Niyazi Bayramov haqqında Şər və Böhtan yazanlara Tutarlı cavab
Oxşar xəbərlər